...

29 aprel 2026-cı il tarixdə  Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılmasının 20 illiyi və 2026-cı ilin birinci rübü daxil olmaqla son üç il ərzində fəaliyyətinə həsr olunmuş geniş tərkibdə Kollegiya iclası keçirilib

29 aprel 2026-cı il tarixdə  Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılmasının 20 illiyi və 2026-cı ilin birinci rübü daxil olmaqla son üç il ərzində fəaliyyətinə həsr olunmuş geniş tərkibdə Kollegiya iclası keçirilib.İlk öncə iclas iştirakçıları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, Azərbaycanın suverenliyinin bərpa edilməsində canlarını qurban verən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.
Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Komitə sədri İlqar Sadıqov xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərindən əsası müəyyən edilmiş inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi bütün sahələrdə olduğu kimi şəhərsalma və arxitektura fəaliyyəti sahəsində də davamlı inkişafına şəraitin yaratdığını, həmçinin ötən dövrdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizin digər regionları kimi Naxçıvan iqtisadi rayonunun inkişafı sahəsində mühüm işlərin görüldüyünü, 2004-cü ildən etibarən bütün illəri əhatə edən sosial-iqtisadi proqramların, o cümlədən ölkə Prezidentinin  5 iyun 2023-cü il tarixli 3010 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi regionun dayanıqlı inkişafının təmin edilməsinə, müasir urbanizasiya prinsiplərinin tətbiqinə və mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə, əlverişli biznes mühitinin yaradılmasına, sosial sektorun inkişafına, habelə əhalinin rahat yaşayışının təmin edilməsi, mənzil fondunun inkişaf etdirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli və xarici investorlar cəlb olunmaqla əhalin güzəştli şərtlərlə mənzilə əlçatanlığın təmin edilməsi və digər zəruri və vacib məsələlərin həllinə şəraitin yaradıldığını bildirmişdir.
 Kollegiya iclasının gündəliyinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılmasının 20 illiyi və 2026-cı ilin 1-ci rübü daxil olmaqla son üç ildə fəaliyyəti, habelə Naxçıvan Muxtar Respublikasının   sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər və 2025-2027-ci illər üzrə “Təfsilatlı Tədbirlər Planı”nında  nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti ilə bağlı məruzəçilərin hesabatları dinlənilmiş və  digər zəruri məsələlərlə bağlı müzakirələr aparılmışdır. Eyni zamanda  vətəndaş məmnuniyyətinin yüksəldilməsi təmin edilməsi istiqamətində fəaliyyət sahələri üzrə qarşıda duran vəzifələrin icrasının operativ və çevik qaydada yerinə yetirilməsi ilə əlaqədar Komitənin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilmiş və bununla əlaqədar  kollegiya iclasının qərarı qəbul edilmişdir.