Könüllü Proqramı
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Könüllərin memarı” Könüllülük fəaliyyəti haqqında
E L A N
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Könüllülük fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “könüllərin memarı” adı altında könüllülük fəaliyyətinə start verilmişdir. Hərəkatın əsas məqsədi könüllü gəncləri müxtəlif layihələrə cəlb etməklə ictimai faydalı fəaliyyətə yönəltmək, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müxtəlif sahələr üzrə vətəndaşlara xidmət göstərilməsi vərdişlərinə, iş təcrübəsinə yiyələnmələrini təmin etməkdir. Maraq göstərən gənclər Komitədə vətəndaşlara xidmət, sənədlərlə iş və digər sahələrdə könüllülük fəaliyyətinə dəvət edilirlər.
Ümumi tələblər:
Təhsili: Komitənin fəaliyyət istiqamətləri üzrə ali və ya texniki peşə təhsili
Yaş: 19 – 29 yaş
İT-dən istifadə bacarıqları: MS Ofis proqramları ilə tanışlıq, kompüterdə istifadəçi səviyyəsində işləmək bacarığı
Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə
Şəxsi keyfiyyətlərə dair tələblər:
- Ünsiyyət qabiliyyəti – yüksək səviyyədə (səlis və qramatik nitq)
- İntizamlılıq – yüksək səviyyədə
- Komandada işləmək bacarığı – yüksək səviyyədə
- Təşkilatçılıq bacarığı – yüksək səviyyədə
Komitədə könüllü olmağın üstünlükləri:
- könüllünün öz ixtisası üzrə peşə bilikləri əldə etməsi imkanı;
- könüllünün real iş mühitində çalışması və zəruri iş vərdişləri inzibatçılıq təcrübəsi əldə etməsi imkanı;
- könüllünün inkişafına yönəlmiş tədbirlərdə (seminar, təlim və s.) iştirak;
- könüllülük fəaliyyəti zamanı seçilmiş şəxslərin Komitədə işə düzəlmək imkanı;
Könüllülük fəaliyyətinin müddəti: 3 ay
Müraciət qaydası:
Komitədə könüllü kimi fəaliyyət göstərmək istəyən və yuxarıda qeyd olunan tələblərə uyğun gələn şəxslər “CV”-lərini http://narxkom.gov.az elektron poçt ünvanına və ya Komitənin ünvanına (Naxçıvan şəhəri, Nizami küçəsi 30) müraciət edə bilərlər.
QEYD: Komitənin elektron poçt ünvanına “CV” göndərərkən mövzu sətrində “Könüllü” qeyd edilməsi xahiş olunur.