...

Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir təşkil olunub.

Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Seymur Seyidov dövlət qulluğunda çalışan əməkdaşları təbrik edərək, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. 
Tədbir çərçivəsində bir sıra əməkdaşlara çıxış üçün söz verilmiş, onlar dövlət qulluğunda fəaliyyətlərinin əhəmiyyətindən bəhs edərək, peşə bayramı münasibətilə ürək sözlərini bölüşmüşdürlər