...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr müavini təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr müavini təyin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb. Sərəncama əsasən, Seymur Mənsum oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini təyin olunub.