...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şahbuz rayonunda 30 iyul 2024-cü il tarixdə vətəndaş qəbulu keçirmişdir.

30 iyul 2024-cü il tarixdə Şahbuz şəhərində qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə tikintiyə icazə icraatı, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi, qeyri-yaşayış təyinatlı obyektlərin tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğunluğu, torpaq sahələrinin ayrılması, həmçinin digər şəhərsalma qanunvericiliyinin tələbləri və prosedurları barədə suallarına müvafiq qaydada izahatlar verilmişdir.
Eyni zamanda vətəndaşların araşdırılması tələb olunan müraciətlərinə baxılması və Komitənin müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə həll olunması məqsədilə aidiyyəti üzrə müvafiq əməkdaşlara tapşırıqlar verilmişdir.