Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təltif olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu ali dövlət təltifi şəhərsalma və memarlıq sahəsində cənab İlqar Sadıqovun uzunmüddətli və peşəkar fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi adından Komitə sədri İlqar Sadıqovu bu münasibətlə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.