...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Culfa şəhərində 10 sentyabr 2024-cü il tarixdə vətəndaş qəbulu keçirilmişdir

Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Naxçıvan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov Culfa şəhərində vətəndaş qəbulu keçirmişdir. Qəbulda 17 vətəndaş iştirak etmişdir. Qəbul zamanı müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilmişdir.

Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə tikintiyə icazə icraatı, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi, qeyri-yaşayış təyinatlı obyektlərin istismara verilməsi, habelə tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğunluğu, torpaq sahələrinin ayrılması, həmçinin mülkiyyət hüququ pozulmuş vətəndaşların suallarına müvafiq qaydada tövsiyə və izahatlar verilmişdir. Eyni zamanda Komitənin müəyyən olunmuş fəaliyyət istiqamətlərinə, həmçinin digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan və vətəndaşların araşdırılması tələb olunan müraciətlərinə baxılması üçün həmin vətəndaşlardan müvafiq ərizələrin alınması və qanunvericilikdə müəyyən olunmuş qaydada tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara tapşırıqlar verilmişdir.