...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Ordubad şəhərində 26 noyabr 2024-cü il tarixdə vətəndaş qəbulu keçirilmişdir

Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov Ordubad şəhərində vətəndaş qəbulu keçirmişdir. Qəbulda
7 vətəndaş iştirak etmişdir.

Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə tikintiyə icazə icraatı, tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğunluğu, torpaq sahələrinin ayrılması, həmçinin mülkiyyət hüququ pozulmuş vətəndaşların suallarına müvafiq qaydada tövsiyə və izahatlar verilmişdir.

Eyni zamanda Komitənin müəyyən olunmuş fəaliyyət istiqamətlərinə, həmçinin digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan və vətəndaşların araşdırılması tələb olunan müraciətlərinə baxılması üçün həmin vətəndaşlardan müvafiq ərizələrin alınması və qanunvericilikdə müəyyən olunmuş qaydada tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara tapşırıqlar verilmişdir.