...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Qıvraq qəsəbəsində 16 oktyabr 2024-cü il tarixdə vətəndaş qəbulu keçirilmişdir

 Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov Qıvraq qəsəbəsində vətəndaş qəbulu keçirmişdir. Qəbulda 4 vətəndaş iştirak etmişdir.
    Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə tikintiyə icazə icraatı, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi, habelə tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğunluğu, torpaq sahələrinin ayrılması, həmçinin mülkiyyət hüququ pozulmuş vətəndaşların suallarına müvafiq qaydada tövsiyə və izahatlar verilmişdir.