Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Sədərək rayonunda 25 dekabr 2024-cü il tarixdə vətəndaş qəbulu keçirilmişdir
Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov Sədərək rayonunda vətəndaş qəbulu keçirmişdir. Qəbulda 5 vətəndaş iştirak etmişdir.
Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14.06.2023-cü tarixli 2181 nömrəli Fərmanı ilə bağlı qanunsuz tikililərin sənədləşdirilməsi, tikintiyə icazə icraatı, tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğunluğu, torpaq sahələrinin ayrılması, həmçinin mülkiyyət hüququ pozulmuş vətəndaşların suallarına müvafiq qaydada tövsiyə və izahatlar verilmişdir.
Eyni zamanda Komitənin müəyyən olunmuş fəaliyyət istiqamətlərinə, həmçinin digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan və vətəndaşların araşdırılması tələb olunan müraciətlərinə baxılması üçün həmin vətəndaşlardan müvafiq ərizələrin alınması və qanunvericilikdə müəyyən olunmuş qaydada tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara tapşırıqlar verilmişdir.