...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Şərur şəhərində 7 avqust 2024-cü il tarixdə vətəndaş qəbulu keçirmişdir.

 

Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov Şərur şəhərində vətəndaş qəbulu keçirmişdir. Qəbulda 25 vətəndaş iştirak etmişdir. Qəbul zamanı şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilmişdir.

Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə tikintiyə icazə icraatı, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi, qeyri-yaşayış təyinatlı obyektlərin istismara verilməsi, habelə tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğunluğu, torpaq sahələrinin ayrılması, həmçinin digər şəhərsalma qanunvericiliyinin tələbləri və prosedurları barədə suallarına müvafiq qaydada izahatlar verilmişdir. Eyni zamanda Komitənin müəyyən olunmuş fəaliyyət istiqamətlərinə, həmçinin digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan və vətəndaşların araşdırılması tələb olunan müraciətlərinə baxılması üçün həmin vətəndaşlardan müvafiq ərizələrin alınması və qanunvericilikdə müəyyən olunmuş qaydada tədbirlərin görülməsi barədə  müvafiq əməkdaşlara tapşırıqlar verilmişdir.