Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq "Karyera sərgisi" keçirilmişdir
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Karyera sərgisi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi üzrə elan olunmuş vakant yerlərə müraciət edən namizədlərin qeydiyyatı aparılmışdır. Komitə əməkdaşları tərəfindən ümumilikdə 4 gün ərzində 20-ə yaxın müraciət qeydə alınmışdır.