...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmişdir.

Daha sonra Komitə əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət edərək, Ümummilli Liderin həyat və fəaliyyətinə dair zəngin ekspozisiyalarla tanış olmuş, onun siyasi irsinin təbliği istiqamətində görülən işlərlə yerindəcə maraqlanmışlar.